|
AZƏRBAYCAN RESPUBLİKASI QANUNVERİCİLİYİNİN ELEKTRON MƏLUMAT
BAZASI
Müəssisənin hüquqşünasının, mühasibinin və ya rəhbərinin işi normativ sənədlərin
təhlili ilə bağlıdır. Bu gün hüquqi informasiya ilə iş üçün ən yaxşı vasitə elektron
daşıyıcılarda olan sorğu məlumat bazalarıdır.
«VneşEkspertServis» MMC şirkəti Sizi Azərbaycanının bütün
normativ-hüquqi bazası üzrə lazımi informasiya ilə təmin edəcəkdir, həmçinin onun
əlavələrinin və yenilənmələrinin ardıcıllığına və sistemliliyinə təminat verir.
Əməkdaşlarımız tərəfindən işlənilmiş «Azərbaycan qanunvericiliyinin elektron məlumat
bazası» şirkətin əqli mülkiyyəti hesab olunur. O, müştərilərə yerli hüquqşünaslığın
xüsusiyyətlərinə dəqiq bələd olmaq, həmçinin öz biznesini, müstəsna olaraq, milli
qanunvericiliyə uyğun hüquqi müstəvidə qurmaq imkanı verir. Bu məhsulun yaradılması
zamanı tərəfimizdən tətbiq olunan çevik texnoloji həllər müştərilərə normativ-hüquqi
sənədlərlə tez və asan şəkildə tanış olmaq imkanı verir.
İstifadəçilər üçün Məlumat Bazasının ən vacib keyfiyyətləri:
-
informasiyaların tamlığı və düzgünlüyü;
-
informasiyaların yenilənmə imkanları;
-
hüquqi informasiyanın keyfiyyətli hüquqi emalı;
-
rahat işləmək imkanı;
-
servis xidmətinin etibarlılığı və səviyyəsi.
Sistemli şəkildə yaradılmış məlumat bazasında elektron sənədlərin rəsmi mətn ilə
eyniliyinə zəmanət verilir. Bütün sənədlər yalnız rəsmi mətnlərdən daxil edilir.
Bütün rəsmi mətnlərin surətləri arxivdə saxlanılır və lazım gələrsə, istifadəçiyə
təqdim oluna bilər. Hər bir yeni sənəd yalnız əslinə uyğunluğun çoxpilləli xüsusi
yoxlanışından (korrektorlar, hüquqşünaslar, xüsusi proqram vasitələri) sonra sistemə
daxil edilir. Sənədlərin sistemə bu qaydada daxil edilməsi səhvlərin və yanlışlıqların
olması imkanını tamamilə istisna edir.
Məlumat Bazası CD-disklərdə təqdim olunur və Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının məcəllələrini, Azərbaycan Respublikasının qanunlarını,
onlara edilən dəyişikliklər və əlavələri, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarını və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını,
Milli Məclisin (Parlamentin) qərarlarını, Vergilər Nazirliyinin və Milli Bankın
təlimatlarını, beynəlxalq müqavilələri və sazişləri, MBD çərçivəsində müqavilələri
və sazişləri, müxtəlif nazirlik və idarələrin normativ-hüquqi sənədlərini özündə
birləşdirir.
Bununla belə, Məlumat Bazası yeni qəbul olunmuş sənədlər ilə daima yenilənir.
Nümayiş versiyanı çəkmək
İşçi versiyanı almaq
|