AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 
Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan» qəzeti, 17 noyabr 2009-cu il, № 257

Azərbaycan Respublikası ərazisinin coğrafi mövqeyi və əlverişli iqlim şəraiti ekoloji baxımdan təmiz sayılan alternativ və bərpa olunan enerji istehsalına böyük imkanlar yaradır. Dünyada getdikcə aktuallaşan bu məsələ öz növbəsində Azərbaycanda da prioritet hal alır və bu istiqamətdə artıq ilkin tədbirlər görülür.

Milli enerji təhlükəsizliyinin genişləndirilməsinin təmin edilməsi üçün yeni enerji mənbələrinin yaradılması və ətraf mühitin qorunması üçün zəruri olan külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına alternativ və bərpa olunan enerji istehsalının öyrənilməsi və tətbiqinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Külək, günəş, biokütlə və geotermal enerjisinin istehsalı imkanlarının öyrənilməsi və tətbiqi üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Sənaye və Energetika Nazirliyinə 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Külək enerji ehtiyatlarının, eyni zamanda dağ çaylarının enerji potensialının öyrənilməsi və kiçik su elektrik stansiyalarının geniş tətbiqinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinə 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci və 2-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 16 noyabr 2009-cu il

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az