AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan» qəzeti, 26 noyabr 2009-cu il, № 265

Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə və «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) və Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına əlavə olunan xəritədə göstərilmiş cəmi 30666,4 hektar genişləndirilsin.

2. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılsın.

3. «Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli, 1249 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 312) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 25 noyabr 2009-cu il

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az