AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərbaycan» qəzeti, 04 dekabr 2009-cu il, № 269

Xalqımızın milli mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması işində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılsın.

2. Bakı Şəhər İcra Hakimiyyəti Koroğlunun abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 3 dekabr 2009-cu il

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az