AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 
Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan» qəzeti, 30 dekabr 2009-cu il, № 291

Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işləri əsasən təmin edilmişdir.

Bununla yanaşı qeyd olunmalıdır ki, təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olmuşdur. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə qərara alıram:

1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.

2. Bu Fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;

4.2. bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 2009-cu il

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az