AZ EN RU |  
Skip Navigation Links
KOMPANİYA
QANUNVERİCİLİK
İSTİFADƏÇİYƏ
CD QANUNVERİCİLİK
BU MARAQLIDIR
İNFORMER
 
“Azərbaycan Respublikasında daşınmaz əmlakın Vahid Dövlət Kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
http://www.azertag.gov.az, 28-07-2010
Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini və aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi:
2.1. bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını həyata keçirsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat versin.
2.2. daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
2.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasında daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;
3.2. üç ay müddətində “Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2010-cu il.

 
Azərbaycan
   Azərbaycan
   Prezident
   Heydər Əliyev
   Qarabağ münaqişəsi - Hadisələrin xülasəsi
   İstinadlar

Bayram günləri


Əmək təminatı
   Anketi doldur
   Vakansiyalar

Kommunikasiya mərkəzi

NETTY mükafatçısı


Hava haqqında



 
  KavkazWeb         ILK-10 Azeri Website Directory      
© 2009, «VneshExpertService» LLC
All rights reserved
3 Inshaatchilar pr., AZ1073, Baku, Azerbaijan
Tel.: +994 12 492 92 77
Fax: +994 12 492 92 88
Created & powered by ExtraWeb.az