|
Sizə təqdim edilən sayt
«VneşEkspertServis» MMC tərəfindən Azərbaycan Respublikasının
Qanunvericiliyi üzrə çevik informasiya xidmətlərinin
göstərilməsi məqsədilə hazırlanmışdır.
Bu saytda Azərbaycan, rus və ingilis dillərində
30000-dən
çox sənəd vardır.
Siz Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası
Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikası
Milli Məclisinin və Nazirlər Kabinetinin Qərarları, müxtəlif
idarələrin və təşkilatların sənədləri
və təlimatları, beynəlxalq sazişlər və müqavilələr
ilə tanış ola bilərsiniz. Məlumatın bir hissəsi
pulsuz istifadə üçün açıqdır və müntəzəm
olaraq yenilənir. İstifadəçi kartlarını almaqla
Siz Azərbaycan Respublikası Qanunvericiliyinin Məlumat Bazasına
giriş üçün tam icazə əldə edəcəksiniz.
İstifadəçilərin rahatlığı üçün
100, 300, 500 və 1000 kontur nominallı dörd növ kart nəzərdə
tutulmuşdur. Bazadakı bütün sənədlər konturlarla
qeyd olunmuş öz qiymətinə malikdir. Pullu sənədlərin
qiyməti sənədin başlığından sağ tərəfdə
qeyd olunmuşdur. Sənədlərin alınması barədə
məlamutlar müştərilərin məlumat bazasında saxlanılır.
Haqqı ödənilmiş sənədlərdən ödənişdən
sonra 72 saat ərzində təkrarən pulsuz istifadə etmək
olar.
İşə başlamaq üçün Siz kartı aktivləşdirməli
və özünüzün login və şifrənizi daxil etməlisiniz.
Bu Sizə:
Qanunvericilik Məlumat Bazasına
daxil edilmiş istənilən pullu sənəddən istifadə
etmək;
şəxsi hesabınızın
cari vəziyyəti barədə məlumat almaq;
istənilən vaxt müstəqil
olaraq parolu dəyişmək;
hesabınızı yeni kart konturları ilə doldurmaq
imkanı verəcəkdir.
Nominalı 100 kontur olan aktivləşdirilmiş kart 75 gün ərzində
qüvvədədir, bundan sonra Sizin şəxsi hesabınız
qüvvədən düşür.
Nominalı 300 kontur olan aktivləşdirilmiş kart 120 gün
ərzində qüvvədədir, bundan sonra Sizin şəxsi
hesabınız qüvvədən düşür.
Nominalı 500 kontur olan aktivləşdirilmiş kart 180 gün
ərzində qüvvədədir, bundan sonra Sizin şəxsi
hesabınız qüvvədən düşür.
Nominalı 1000 kontur olan aktivləşdirilmiş kart
240 gün
ərzində qüvvədədir, bundan sonra Sizin şəxsi
hesabınız qüvvədən düşür.
Şəxsi hesabın qüvvəsini bərpa etmək olar, bunun
üçün onu istənilən nominallı yeni kart konturları
ilə doldurmaq lazımdır, bununla belə aktivləşdirilən
kartın nominalına Sizin şəxsi hesabınızdakı qalıq
konturları əlavə olunur.
|